Fransa dünya çempionatının finalında

Fransa dünya çempionatının finalında
DÇ-2018 10 İyul 2018 / 23:53 10868
-  A +

Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.

Qol.az-ın xəbərinə görə, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar.

Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut edib.

Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərib. 

Matçın taleyini 1 qol həll edib. İkinci yarının əvvəlində fərqlənən fransızlar 1:0 hesablı qələbə ilə finala adlayıblar.

10 iyul

DÇ-2018

Yarımfinal

Fransa - Belçika - 1:0
Qol:
Umtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu


11 iyul

22:00.Xorvatiya - İngiltərə

Daha çox


Son xəbərlər