"Finaldakı məğlubiyyəti həzm etmişik" - Didye Deşam

"Finaldakı məğlubiyyəti həzm etmişik" - Didye Deşam
DÇ-2018 9 İyul 2018 / 20:49 4184
-  A +

"Belçika fantastik sürətli komandadır. Əsas məsələ onlara çatmaqdır. Bundan əvvəlki oyunlarda olduğu kimi biz hər şeyə hazır olacağıq". 

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in yarımfinalında Belçika ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Avro-2016-nın finalında uduzduqları üçün komandada qisas ruhunun olub-olmadığı ilə bağlı sualı belə cavabladnırıb: "Bu söz mənim xoşuma gəlmir. Futbolda qisas yoxdur. Hər matç digərindən fərqlənir. Biz artıq o məğlubiyyəti həzm etmişik. İndi növbəti dəfə finalda oynamaq şansımız var. Bunun üçün hər şeyi edəcəyik".

D.Deşam komandadakı bütün futbolçuların durumunun yaxşı olduğunu bildirib: "Umtitinin kiçik zədəsi var. Həmin zədə klubunda oynayan vaxtı olub. Nə onun, nə də başqa oyunçuların durumu ciddidir".

Qeyd edək ki, sabah keçiriləcək Fransa – Belçika oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı