Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Fransa – Xorvatiya oyunu bu kanallarda – siyahı

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu
Fransa ikinci dəfə dünya çempionu oldu
“O, Çempionlar Liqasında da “Qarabağ”ın liderlərindən idi”
"Real"dan Neymarla bağlı növbəti bəyanat
Linklər
525ci Qəzet

“İndi Azərbaycan futbolu mənə maraqsızdır” – Samir Abasov
A A A

[09.07.2018]
“İndi Azərbaycan futbolu mənə maraqsızdır” – <b style="color:red"> Samir Abasov</b>

Mövsümün sonunda “Sumqayıt”dan ayrılan Samir Abasov Qol.az-a müsahibə verib. Söhbətə dünya çempionatı ilə başlayan mütəxəssis digər maraqlı məqamlara da toxunub.

- Çox güman ki, dünya çempionatını izləyirsiniz. Artıq mundial sona yaxınlaşır. Əvvəlcə təəssüratlarınızı bilmək istərdik. Ümumiyyətlə, bu dünya çempionatı əvvəlkilərdən nə ilə fərqlənir?

- Bu dünya çempionatı qrup mərhələsindən başlayaraq gözlədiyimdən də yaxşı və maraqlı keçir. İddialı komandaların büdrəməsi, əvəzində Meksika, İsveç kimi yığmaların qrupdan çıxması xoş əhval-ruhiyyə yaratdı. Çempionatın əvvəlindən favoritim Fransadır. Amma o demək deyil ki, mən bunlara azarkeşlik edirəm. Xeyr. Azarkeşlik etdiyim hamısı Latın Amerikası ölkələri – Kolumbiya, Argentina, Uruqvay milliləri idi. Əfsuslar olsun ki, Argentina ümidləri doğrultmadı. Fransa son 4 komanda arasına qalsa da, nə oyunu, nə də bir komanda kimi özü ləzzət edir. Sadəcə, oyunçularının həddindən artıq güclü olmaları onları gətirib bu yerə çatdırıb. Digər 3 komanda – İngiltərə, Belçika və Xorvatiya isə öz gücünə, gözəl oyununa görə bura qədər gəliblər. İngilislər, belçikalılar özlərinə qarşı simpatiya yaradıblar. Məncə, bizi çox maraqlı final gözləyir.

- Bəs bu 4 komandadan hansını finalda görürsünüz?

- Finalçılardan biri Fransa olacaq. Yarımfinalda İngiltərə Xorvatiya ilə qarşılaşacaq. Çox istərdim ki, çempion məhz xorvatlar olsunlar. Amma çox güman ki, finalda Fransa və İngiltərə yığmaları olacaq.

- Sizcə, iddialı yığmaların dünya çempionatından kənarda qalması mundialın səviyyəsinə təsir göstərdimi?

- Yox, təsir göstərmədi. Əksinə, dünya çempionatı maraqlı keçir. Məsələn, Argentina iddialı, super futbolçulardan ibarət yığma idi. Amma komanda şəklində çox pis idilər. Son Avropa çempionu Portuqaliya kimlər üçünsə iddialı idisə, mənim üçün elə deyildi. Çünki Ronaldonu çıxmaq şərtilə, zəif, yaşlanmış bir yığma təsiri bağışlayırdı. Bir az Braziliyanın kənarda qalması sensasiya oldu. Yaxşı futbolçuları var. Onlar finalda oynamalı idilər. Ancaq Belçikaya məğlubiyyət onları ən güclü 4-lükdən kənarda qoydu. Bəlkə də burda olsaydılar, hər şey yerinə düşərdi. Amma dünya çempionatında təsadüf bir şey yoxdur.

- Dünya, Avropa çempionatlarını izləyəndə adam öz doğma ölkəsini də orada görmək istəyir. Sizcə, niyə Azərbaycan millisi bu cür mötəbər turnirlərdə çıxış edə bilmir?

- Dünya çempionatında Panamanı çıxmaq şərtilə, çünki onların hansı qrupdan gəlib ora düşməsini bilmirəm, digər komandaların heyətlərinə baxanda görürsən ki, böyük beşlik ölkələrində çıxış edən futbolçular var. Məsələn, Səudiyyə Ərəbistanı yığması bir çox futbolçusunu sırf oynayıb təcrübə toplamaq üçün İspaniya klublarına vermişdi. Çoxu yalnız məşq ediblər, heç oyunlara da çıxmayıblar. Lap elə Misiri götürək. Görürsən ki, güclü futbolçuları var. Adam fikirləşir ki, sənin futbolçuların o cür ölkələrin çempionatında oynamasa, dünya və Avropa çempionatı bizim üçün elə xəyal olaraq da qalacaq.

- Sabah avrokuboklarda birinci təsnifat mərhələsinə start veriləcək. Mübarizəyə əvvəlcə - iyulun 11-də ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”, ardınca isə Avroliqadakı iştirakçılarımız – “Qəbələ”, “Neftçi” və “Keşlə” başlayacaq. Komandalarımızın hazırlıq prosesi və orada keçirdiyi yoxlama oyunlarını nəzərə alsaq, beynəlxalq arenadakı şanslarını necə dəyərləndirirsiniz?

- Açığı, xeyli vaxtdır kənddəyəm. Burada Azərbaycan futbolundan zərrə qədər də məlumatım yoxdur. Kim hardadır, necədir, kimləri götürüb, bilmirəm. Rəqibləri də yenicə öyrənmişəm ki, kim kiminlə düşüb. Hələ ki, Azərbaycan futbolundan uzaq olduğuma görə heç nə deyə bilmərəm. Sadəcə, bu komandaların içindən yalnız “Qarabağ”a həddindən artıq inanıram ki, bacardığını edəcək və mərhələni keçəcək.

- Daim futbolun içində olan insansınız. Niyə Azərbaycan futbolundan bu qədər uzaq düşmüsünüz?

- Məktəb qurtaran kimi uşaqları götürüb kəndə gəlmişəm. Burada Azərbaycan futbolu ilə maraqlanası vaxtım yoxdur. Dünya çempionatına baxıram. İnanın Allaha, sonuncu dəfə nə vaxt internetə girib hansısa məlumatı oxuduğum yadımdan çıxıb. Burada belə şey bir az çətindir. Özüm də bunun həvəsində deyiləm. Hardasa özüm Azərbaycan futbolunda olmadığıma görə mənə maraqsızdır.

- Yenidən işə başlamaq haqda nə düşünürsünüz? Təklifləriniz varmı?

- Bu gün rayondan, kənddən kənardayam deyə mənə zəng çatır. Başqa vaxt düşmək çox çətin olur. Heç bir təklifim yoxdur. Hələ ki, dincəlirəm. “Sumqayıt”dan getməyimə və olan təkliflərə “yox” deməyimə görə zərrə qədər də peşmançılıq yoxdur. Əksinə, bir az başım dincəlib, istirahət edirəm. Çempionat başlayandan sonra nələr olacağını bilmirəm. Hələlik heç nə yoxdur.

- Açığı, mövsümün sonunda işsiz qalacağınız heç kimin ağlına belə gəlməzdi. Çünki Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunmasından sonra sizin də bu komandaya baş məşqçi kimi gedəcəyiniz gözlənilirdi. Bu təyinat niyə gerçəkləşmədi?

- Hər söz-söhbət düz olmur. Belə bir şey yox idi. “Neftçi” məsələsi real söhbət deyildi. Bunu bir az azarkeşlər istəyirdi. Media da müəyyən qədər şişirtmişdi. “Neftçi” rəhbərliyi ilə isə bu barədə heç bir danışıq olmamışdı.

- Hətta belə bir söz-söhbət dolaşırdı ki, Samir Abasovun AFFA və “Neftçi” rəhbərliyinin əleyhinə səsləndirdiyi fikirlər onun paytaxt klubuna yolunu bağladı...

- Bilmirəm. İnanın, heç bunu fikirləşəsi vaxtım da yoxdur. Belə şeylərlə beynimi yormaq istəmirəm. İndi-indi özümə gəlirəm. Açıqlamalarımda qeyri-adi nəsə var idisə, nəyisə düz demirdimsə, burada dəyişəsi bir şey də yoxdur. Ömür boyu necə olmuşamsa, elə də qalacağam. Gördüyümü, bildiyimi deməliyəm. Yalandan nəyisə gizlətməyin yeri yoxdur. Ancaq belə bir şok açıqlamalarım da olmayıb. Jurnalistlər gördüklərini soruşurdular, mən də olanı deyirdim, vəssalam. “Sumqayıt”dan gedəcəyimizi aylar öncə özümüz üçün müəyyənləşdirmişdik. Demişdik ki, Avroliqaya vəsiqə qazanmasaq, buradan gedəcəyik. Nəyə görə? Çünki missiyam başa çatmışdı. Bundan artığını edəcəyimə özüm də inanmırdım. Bilirdim ki, bu strategiya, bu seçilmiş yol, bu heyətlə artığı mümkün deyil. Avroliqaya çıxmadıq, əvvəlcədən verdiyimiz qərarı mediaya açıqladıq. Heç bir peşmançılığım yoxdur.

- Bəs Avroliqaya vəsiqə qazanmağınıza nə mane oldu? “Sumqayıt”ın ən pis halda 3-cü pilləni tutmaq üçün əla şansı var idi. İşinizə həqiqətən də kənar müdaxilələr oldumu?

- Çox amillər oldu. Birincisi, oyunçu baxımından kasadçılığımız var idi. Çempionata 14 nəfərlə başladıq, qış fasiləsində isə 2 nəfər götürdük. Biri əvəzedicidən, digəri isə Nicat Qurbanov idi. “Zirə”də oynamırdı, öz komandamıza gətirdik. Bir təhər 16 nəfər düzəltdik. Mövsümün ortasında zədələr də oldu. Yəni, eyni heyətlə oynamağımız bu vəziyyətə gətirib çıxardı. Həm də futbolçularla bağlı söz-söhbətlərin çıxması, başlarını yeməkləri ki, bu, ora gedir, o biri digər komandaya keçir, belə-belə komandada ab-hava pozuldu. Fikirlər başqa tərəfə yönəldi və bunun qarşısını ala bilmədik. Bizdən çox digər klubların da əməyi oldu ki, yer tuta bilmədik. Amma ən böyük günah özümüzdədir. Çünki bunun öhdəsindən gələ, altından çıxa bilmədik . Özümüz özümüzü təzyiq altına saldıq. Bir oyun uduzduq, elə bildik ki, artıq dünya dağıldı. Halbuki sona kimi şansımız var idi. Dəqiq deyə bilmərəm, amma bəlkə də biz bilmədiyimiz şeylər də oldu.


- Sizin gedişinizdən sonra “Sumqayıt”ın sükanı arxasına Nazim Süleymanov gətirildi. Az öncə qeyd etdiniz ki, bu komanda ilə bundan artığını etmək mümkün deyildi. Sizcə, Nazim Süleymanov Sabir Abasovun ötən ilki nəticəsini yaxşılaşdıra biləcəkmi?

- Nazim Süleymanovu tanıyıram, münasibətim də var, aramız yaxşıdır. Biz özümüzdə müəyyənləşdirdik ki, bunu edə bilmərik. Sabah camaatın içinə çıxacağıq. Mən də istəyirəm ki, komandamın məqsədi olsun. 8 komanda arasında çempionatda qalmaq artıq mənim üçün məqsəd deyildi. Mövsümün əvvəlində qarşımıza müəyyən hədəf qoyduq ki, bunun üçün oynayaq. Amma gördük ki, bundan artığını edə bilmərik. Almanı sıxırsan-sıxırsan, şirəsi çıxır, onu içirsən, yerdə qalanını isə püre şəklində kənara atırsan. Biz də sona kimi sıxdıq və gördük ki, edə biləcəyimiz budur. Avroliqaya düşməyimiz bəlkə də möcüzə ola bilərdi. Bunun üçün güclənməlkiydik,  amma özünüz də bilirsiniz ki, klubun strategiyası buna imkan vermirdi. Nazim Süleymanovun açıqlamasını oxudum. Deyir ki, biz ötən ilkindən də yaxşısını etməyə çalışacağıq və əsas məqsədimiz Avroliqaya çıxmaqdır. Bu, əla bir şeydir. Bu insan fikirləşir ki, gətirdiyi futbolçularla buna nail ola biləcək. Bu, ən azından Sumqayıtımız üçün xoş olacaq. Çünki biz nəyi edə bilməsək də, hamı boynuna alar ki, stadiona minlərlə adam toplaya bildik. Əvvəllər stadiona 200-300 nəfər ancaq gəlirdisə, bizim vaxtımızda minlərlə insan həm tribunadan, həm də setkanın kənarından oyuna baxırdı. Camaat bunun davamını istəyirdi. Mən də fikirləşdim ki, bunu edə bimirəmsə, o insanları aldatmağa haqqım yoxdur.

Elnur SALAHOV

5578 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
15.07.2018  13:03 “Almeyda formada deyil” – Qriqorçuk
14.07.2018  16:32 “O, Çempionlar Liqasında da “Qarabağ”ın liderlərindən idi”
14.07.2018  14:57 "Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi
13.07.2018  17:20 "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - Ramil Şeydayev
13.07.2018  15:58 "Trabzonspor"un baş məşqçisi "Qarabağ"ın oyununu niyə izləyib?
13.07.2018  12:43 “Bu, təsadüfi nəticədir, cavab oyununu gözləyək” - İlqar Qurbanov
13.07.2018  10:52 "Keşlə" - "Baltsan": hakimlər açıqlandı
13.07.2018  10:34 Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi
12.07.2018  22:49 “Neftçi”dən əzmkar qələbə
12.07.2018  21:54 "Keşlə" böyük hesabla uduzdu
12.07.2018  21:51 "Qəbələ" məğlubiyyətlə başladı
12.07.2018  16:52 "Qarabağ"ı keçmək üçün Bakıda mümkün olan hər şeyi edəcəyik"
12.07.2018  15:08 "Qiymətlər çox bahadır, seçimdə yanılmaq istəmirik" – Ayxan Abbasov
12.07.2018  13:57 "Baltsan"ı öz meydanında məğlub etmək istəyirik" – Sezar Meza Kolli
12.07.2018  12:02 "Keşlə"yə kifayət qədər problem yarada bilərik" - Vladimir Simoviç
12.07.2018  01:10 "Bakıda bizi daha çətin oyun gözləyir" - Qurban Qurbanov
11.07.2018  23:54 "Qarabağ" "Olimpiya"ya qalib gəldi
11.07.2018  20:28 "Gücümüz nəyə çatırsa, onu da etməyə çalışacağıq" - Fariz Nəcəfov
11.07.2018  19:19 "Hədəfimiz ancaq qələbədir" - Sənan Qurbanov
11.07.2018  14:50 "Messi Halldorssona qol vura bilməyibsə, biz vurarıq" - "Qarabağ"la oyundan əvvəl
 
 
  16.07.18
02:12
  Sampaoli Argentina millisindən qovuldu
02:00
  “Bu mükafatı qazandığım üçün fəxr edirəm” - Kurtua
01:33
  İspaniya millisi DÇ-2018-in xüsusi mükafatına layiq görüldü
01:14
  “Panenka zərbəsi” endirmək istəyirdim” - Qrizmann
00:54
  Karambö, Karlos, Xedira, indi də Varan
00:39
  “Fransa əla oyun sərgiləməsə də...” - Deşam
00:18
  Poqba “Mançester Yunayted”in tarixinə düşdü
00:00
  “Dünya çempionatının finalında belə penalti təyin etmirlər” - Daliç
  15.07.18
23:00
  Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
22:28
  Didye Deşam tarixə düşdü
21:51
  Fransanın qələbə sevinci - Şəkillər
21:40
  Fransa belə çempion oldu - Video
21:29
  DÇ-2018-in ən yaxşıları açıqlandı
21:15
  FİFA onu seçdi
21:00
  DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
20:53
  Fransa ikinci dəfə dünya çempionu oldu
20:28
  Ronaldo Turində - Şəkil
19:47
  Dünya çempionatının finallarında ilk avtoqol
19:19
  Sampaoli istefaya göndərilir - qərar verildi
18:30
  "Səbail" qələbəni əldən verdi
17:56
  Fransa - Xorvatiya: heyətlər
17:22
  Rusiya topu təhvil verdi - DÇ-2018
13:03
  “Almeyda formada deyil” – Qriqorçuk
11:36
  Namik Ələskərov azı 1 ay oynamayacaq
10:02
  “Fransanı udsaq, alnıma tatu vurduracam” – Rakitiç
09:36
  Fransa – Xorvatiya oyunu bu kanallarda – siyahı
01:44
  “Atletiko”nun tələb etdiyi məbləğ “İnter”i qane etmədi
01:23
  Millimizdən böyükhesablı qələbə
00:58
  Balotelli İtaliyaya qayıda bilər
00:41
  Azar “Çelsi”dən gedişinə işarə verdi - “6 uğurlu ildən sonra...”
00:19
  “Zirə” “Sabah”a qalib gəldi
00:00
  DÇ-1974-dən sonra ilk dəfə...
  14.07.18
23:28
  "Qürur hissi keçirirəm" - Roberto Martines
22:44
  "Yarımfinalda uduzduqdan sonra hər kəs evə getmək istəyirdi" - Qaret Sautqeyt
22:07
  Neymarın etdiyi hərəkətlərdən əlifba hazırlandı- Şəkil
21:59
  Belçika millisi mükafatlandırıldı - Şəkillər
21:14
  "Finaldakı səhvləri təkrarlamamağa çalışacağıq" - Didye Deşam
20:41
  Belçika İngiltərəyə belə qalib gəldi - Video
20:17
  Belçikadan bir ilk
20:03
  FİFA onu seçdi
19:52
  Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu
19:24
  Putin final oyununa gedəcək?
17:52
  "İstəyirik, bütün dünya bizə azarkeşlik etsin" - Zlatko Daliç
17:32
  "Qəbələ" "Proqres"lə oyuna hazırlaşır
17:00
  Belçika - İngiltərə: start heyətlər
16:32
  “O, Çempionlar Liqasında da “Qarabağ”ın liderlərindən idi”
16:10
  Pedro Enrike rəsmən "Astana"da
15:35
  "Çelsi" Jorjinyo ilə müqavilə imzaladı
14:57
  "Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi
14:36
  "Sabah" Superliqa klubu ilə qarşılaşacaq
14:12
  "Real"dan Neymarla bağlı növbəti bəyanat
13:30
  FİFA-dan Xorvatiya və İsveçə cəza
12:58
  DÇ-2018-in bugünkü oyununun əmsalları - Etopaz-da
12:30
  Maurisio Sarri rəsmən "Çelsi"də
12:10
  "Sevilya" qapıçısını satdı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore