“Fransaya uduzsaq, çox məyus olacağıq”

“Fransaya uduzsaq, çox məyus olacağıq”
DÇ-2018 9 İyul 2018 / 01:30 3664
-  A +

Belçika millisinin müdafiəçisi Tomas Vermalen DÇ-2018-in yarımfinalında Fransaya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, qarşıdakı matç komandası üçün Braziliya ilə oyundan da çətin olacaq:

“Fransa əvvəldən də turnirin favoritlərindən biri idi. Bu səbəbdən də düşünürəm ki, qarşıdakı matç Braziliya ilə oyundan da çətin keçəcək. Artıq Braziliya ilə matçı unutmuşuq. Hazırda bütün fikrimiz Fransa ilə oyuna yönəlib. Bu komandanı necə məğlub etmək barədə düşünürük. Yarımfinalda uduzsaq, çox məyus olacağıq.

Favorit hesab olunmağımıza təəccüblənmirəm. Çünki biz 1/4 finalda Braziliyanı məğlub etmişik. Əksinə, bu qələbədən sonra favorit hesab olunmamağımıza təəccüblənərdim”.

Xatırladaq ki, iyulun 10-da keçiriləcək Fransa - Belçika oyunu Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki