"Kavanini satın, Suaresi alın" – Neymarın PSJ-dən tələbi

"Kavanini satın, Suaresi alın" – Neymarın PSJ-dən tələbi
DÜNYA FUTBOLU 8 İyul 2018 / 18:26 5442
-  A +

“Barselona”nın hücumçusu Luis Suares karyerasını PSJ-də davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Neymar Paris klubunun rəhbərliyinə müraciət edərək, elə də yaxşı münasibətdə olmadığı Edinson Kavaninin satılmasını xahiş edib. Braziliyalı ulduz əvəzində isə “Barsa”dan keçmiş komanda yoldaşı Suaresi komandada görmək istəyir.

Neymar bildirib ki, bu keçid gerçəkləşərsə, “Real”ın onunla maraqlanmasına baxmayaraq, PSJ-də daha 1 il qalmağa hazırdır.

Qeyd edək ki, Kavani özü də Fransa klubunda ayrıla biləcəyini istisna etməyib.


Son xəbərlər