"Qəbələ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - Siyahı

"Qəbələ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - Siyahı
ÖLKƏ FUTBOLU 8 İyul 2018 / 17:37 5111
-  A +

"Qəbələ"nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Təmsilçimiz ilk matçı Qəbələdə - doğma divarlar arasında keçirəcək.
 
Qapıçılar: 22. Dmitri Bezotosnıy, 30. Aqil Məmmədov

Müdafiəçilər: 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Voyislav Stankoviç

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov

Hücumçular: 28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord