“Ronaldonun “Real”dan gedəcəyini düşünmürəm” – Modriç

“Ronaldonun “Real”dan gedəcəyini düşünmürəm” – Modriç
DÜNYA FUTBOLU 8 İyul 2018 / 13:02 4531
-  A +

Xorvatiya millisinin oyunçusu Luka Modriç “Real”dakı komanda yoldaşı Kriştiano Ronaldo barədə açıqlama verib.

Qol.az-ın xəbərinə görə, DÇ-2018-in 1/4 finalında Rusiyaya qalib gəlib yarımfinala çıxdıqları oyundan sonra jurnalistlərə açıqlama verən yarımmüdafiəçi Portuqaliya millisinin hücumçusu Ronaldonun “Yuventus”a mümkün keçidi haqda sualı da cavablandırıb.

“Gəlin, gözləyək. Ronaldonun “Real”dan gedəcəyini düşünmürəm. Onun komandamızda qalmasını istəyirəm. Çünki Kriştiano dünyanın ən güclü futbolçusudur. Ronaldonu başqa komandada təsəvvür edə bilmirəm. Fikrimcə, o, “Real”da qalacaq” – deyə Modriç bildirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı