"Oyundan sonra Putin zəng vurdu..." - Çerçesov

"Oyundan sonra Putin zəng vurdu..." - Çerçesov
DÇ-2018 8 İyul 2018 / 11:10 7505
-  A +

“Milli komanda öz boyundan hündürə tullana bildimi? Bunu deyə bilmərəm. Turnirə detallı şəkildə hazırlaşmışdıq. Konfederasiya kuboku da bu işdə bizə kömək etdi”.

Qol.az-ın “championat.com” saytına istinadən yaydığı xəbərə görə, bu sözləri DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis komandasının mundialdakı çıxışını dəyərləndirib:

“Millidən təklif aldığım ilk andaca bunu qəbul etməyə hazır olduğumu hiss etdim. İndi özümüzü orduya çağırılan əsgər kimi hiss edirik. Bu gün “dembel” olduq, ancaq daha çox xidmət edib vuruşmaq istərdik. İyulun 15-nə kimi məmnuniyyətlə vətənə xidmət edərdik”.

S. Çerçesov qarşıdakı planlarından da danışıb: “Bizi qarşıda Millətlər Liqası gözləyir. Belə şeyləri proqnozlaşdırmaq olmur. Bugünkü gündə maksimumu etdik. Uşaqlar layiqli mübarizə apardılar, ancaq bəxtimiz sonadək gətirmədi. İndi hər şeyi sakit tərzdə analiz etmək lazımdır. Komandada tez-tez dəyişikliklər olur. Ona görə də hər şeyi əvvəlcədən planlaşdırmaq olmaz”.

Baş məşqçi oyundan sonra Rusiya prezidenti Vladimir Putinin zəng vurub komandanı təbrik etdiyini bildirib: “Dmitri Medvedev paltardəyişmə otağına gələndə mən müsahibədə idim. Vladimir Vladimiroviçlə isə gün ərzində telefonla danışmışdıq. Matçdan sonra yenə zəng vurub gözəl oyuna görə bizi təbrik etdi və başımızı dik tutmağımızı bildirdi”.

Qeyd edək ki, Rusiya 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Xorvatiyaya uduzaraq ev sahibliyi etdiyi dünya çempionatında mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər