"Real" iki gün sonra Ronaldonun gedişini açıqlaya bilər

"Real" iki gün sonra Ronaldonun gedişini açıqlaya bilər
DÜNYA FUTBOLU 8 İyul 2018 / 10:35 4917
-  A +

“Real”ın hücumçusu Kriştianu Ronaldo “Yuventus”a keçməyə yaxındır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir.

Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.

Qeyd edək ki, Ronaldonun "Yuventus"la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir.

Son xəbərlər