"Tənqidlər mənə təsir etmir" - Cordan Pikford

"Tənqidlər mənə təsir etmir" - Cordan Pikford
DÇ-2018 7 İyul 2018 / 21:28 3512
-  A +

"Biz hər oyuna köklənirik. Əgər komanda birləşirsə, qalib gəlməyi bacarır. Buna görə biz bu gün qələbə qazandıq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri İngiltərə millisinin qapıçısı Cordan Pikford DÇ-2018-in 1/4 finalında İsveçə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri  oyunu şərh edərkən deyib.

Görüşün ən yaxşı oyunçusu seçilən 24 yaşlı qolkiper daha sonra bildirib: "Ən yaxşını etməyə çalışıram. Ötən mövsüm mənim üçün yaxşı keçdi. Təzyiqlərə fikir verməməyə çalışıram. Mən sadəcə andan həzz alıram və özümü güclü hiss edirəm".

C.Pikford bildirib ki, Belçika ilə görüşdə onu edilən tənqidlərə baxmayaraq, maksimumunu göstərməyə çalışır: "Tənqidlər mənə təsir etmir. Daha yaxşı oynamağa çalışıram".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı