“Braziliya DÇ-2014-dəki rüsvayçılıqdan qaça bildi” – Ronaldo

“Braziliya DÇ-2014-dəki rüsvayçılıqdan qaça bildi” –  Ronaldo
DÇ-2018 7 İyul 2018 / 14:45 6208
-  A +

Brazliya millisi ilə ikiqat dünya çempionu olan Ronaldo komandanın DÇ-2018-dəki çıxışını dayandırmasına münasibət bildirib.

Qol.az-ın “Globe Esporte”yə istinadən yaydığı xəbərə görə, veteran hücumçu yığmanın yaxşı oynamasına baxmayaraq, nəticə qazana bilməməsinə təəccübləndiyini deyib:

“Braziliya millisi son dünya çempionatındakı rüsvayçılıqdan qaça bildi. Ancaq biz həmişə komandadan daha artığını gözləyirik. Araşdırmaq lazımdır ki, niyə yaxşı oynasaq da, pis nəticə qazanırıq”.

Ronaldo komandanın baş məşqçisi Titenin vəzifəsində qalmalı olduğunu qeyd edib: “O, fenomenal məşqçidir. Komandada inanılmaz işlər görüb”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın