Xorvatiya və İngiltərə yarımfinalda

Xorvatiya və İngiltərə yarımfinalda
DÇ-2018 8 İyul 2018 / 00:52 15619
-  A +

Bu gün DÇ-2018-in 1/4 finalına yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçiriləcək iki oyunla yarımfinalın növbəti cütlüyü müəyyənləşib. Əvvəlcə İsveç və İngiltərə münasibətlərinə aydınlıq gətirib. 2:0 hesabı ilə qalib gələn İngiltərə yarımfinala yüksəlib.

Günün digər oyununda isə Xorvatiya meydan sahibləri Rusiya yığması ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada komandalar hərəyə 1 qol vurduğuna görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yarımfinala yüksəlib. Komanda 1/2 finalda İngiltərə ilə üz-üzə gələcək. Matça iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, yarımfinalın ilk oyununda Fransa və Belçika yığmaları qarşılaşacaq. Bu görüş iyulun 10-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


7 iyul 

Dünya çempionatı

1/4 final

22:00. Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)
Qollar:
Çerışev, 31 (1:0), Kramariç, 39 (1:1), Vida, 101 (1:2), Mario Fernandes, 115 (2:2)
Baş hakim: Sandro Rikki (Braziliya)
Soçi. “Fişt” stadionu


18:00. İsveç – İngiltərə - 0:2
Qollar:
Harri Maquir, 30, Dele Alli, 59
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Samara. “Kosmos Arena”




6 iyul

Braziliya – Belçika - 1:2

Uruqvay - Fransa - 0:2

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord