"Qələbəyə layiq idik" - Didye Deşam

"Qələbəyə layiq idik" - Didye Deşam
DÇ-2018 6 İyul 2018 / 22:35 2763
-  A +

"Biz daha yaxşı oynadıq. Uruqvay ən yaxşı müdafiə olunan komandalardan biridir. Buna baxmayaraq, iki qol vurduq. Qələbəyə layiq idik. Gənc heyətə sahibik. Bir çox futbolçuda sarı vərəqə var idi. Amma xoşbəxtlikdən oyunçularımın heç biri cəzalı duruma düşmədi".

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in 1/4 finalında Uruqvaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın hücumçusu Olivye Jirunun hələ də qol vurmamağına belə münasibət bildirib: "Düzdür, o, hələ də fərqlənə bilməyib. Ancaq Jiru həmişə komandada böyük rol oynayır. Komanda yoldaşlarına kömək edən oyunçular bizə lazımdır. Bəlkə də onun parlaq oyun stili yoxdur, amma komandaya çox faydalıdır".

D.Deşam yarımfinalda hansı yığma ilə qarşılaşmaq istədikləri ilə bağlı sualı belə cavablandırıb: "Biz yarımfinala çıxdıq. Hədəflərimə çatmağı sevirəm. Hansısa rəqibi daha üstün tutmayacam. Çünki Braziliya və Belçikanın nələr edə biləcəyini gördük. Bu komandaların hər biri ilə oyuna hazırıq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı