Kolumbiya coşqu ilə qarşılandı - Şəkillər

Kolumbiya coşqu ilə qarşılandı - Şəkillər
DÇ-2018 6 İyul 2018 / 12:02 4477
-  A +

DÇ-2018-in 1/8 finalında İngiltərəyə uduzaraq mübarizəni dayandıran Kolumbiya millisi ölkəsində coşqu ilə qarşılanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 30 minə yaxın azarkeş yığmanı qarşılamaq üçün hava limanına gedib. Onlar "El Dorado" hava limanından stadiona kimi oyunçuları daşıyan avtobusu müşayiət edib. Böyük coşquya görə avtobus stadiona çətinliklə çatıb.

Milli komandanın üzvlərinin stadiona daxil omasından sonra bir çox azarkeş oyunçulara daha çox yaxın olmaq üçün meydançaya girib.

Yığmanın baş məşqçisi Jose Pekerman stadionda verdiyi açıqlamada bildirib ki, azarkeşlər tərəfindən bu cür qarşılanmlarına təsirləniblər.

Qeyd edək ki, Kolumbiya İngiltərəyə penaltilər seriyasında 3:4 hesabı ilə uduzub. Komanda Rusiyaya gedən zaman da coşqu ilə qarşılanmışdı.




































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı