Fransa və Belçika yarımfinalda, Braziliya mundialla vidalaşdı

Fransa və Belçika yarımfinalda, Braziliya mundialla vidalaşdı
DÇ-2018 6 İyul 2018 / 23:52 14186
-  A +

Dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 2 yarımfinalçı müəyyənləşib. Əvvəlcə meydana Fransa və Uruqvay çıxıb. 2:0 hesabı ilə qalib gələn Fransa ilk yarımfinalçı olub.

Günün ikinci oyununda da Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gəlib. Mundialın favoritlərindən sayılan Braziliya Belçikanı sınağa çəkib. Beşqat dünya çempionu olan cənubi amerikalılar bu oyunda məğlub olmaqla turnirlə vidalaşıb.

Beləliklə yarımfinalda Fransa və Belçika milliləri üz-üzə gələcək.

Dünya çempionatı

1/4 final

6 iyul

Braziliya – Belçika - 1:2 
Qollar:
Fernandinyo, 13-avtoqol (0:1), de Brüyne, 31 (0:2), Renato Auqusto, 76 (1:2)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena


Uruqvay - Fransa - 0:2
Qollar:
Varan, 40, Qrizmann, 62
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu


7 iyul

18:00. İsveç - İngiltərə

22:00. Rusiya - Xorvatiya

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı