"DÇ-2018-in ən yaxşı komandasına qarşı oynayacağıq" - Lukaku

"DÇ-2018-in ən yaxşı komandasına qarşı oynayacağıq" -  Lukaku
DÇ-2018 5 İyul 2018 / 23:03 3035
-  A +

“Çempionatın ən yaxşı komandasına qarşı oynayacağıq. Bizim üçün bir sınaq olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin üzvü Romelu Lukaku FİFA-nın saytına açıqlamasında deyib.

Sabah DÇ-2018-in 1/4 final mərhələsində Braziliya ilə keçiriləcək görüş haqda danışan hücumçu çətin də olsa, qələbəyə inandığını bildirib:

"Başa düşürük ki, çətin rəqiblə qarşılaşacağıq. Ancaq özümüzə inanırıq. Yaxşı nəticə qazanmaq üçün kifayət qədər gücümüz var. Biz Braziliyaya qarşı komanda şəklində hazırlaşırıq. İnanmıram ki, rəqibin adı bizə psixoloji təsir etsin. Təzyiq həmişə var, sabah da olacaq. Ölkəmiz üçün hər şey edəcəyik”.

Qeyd edək ki, sabah keçiriləcək – Braziliya – Belçika oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər