“Braziliya favoritdir, ancaq qorxmuruq” – Roberto Martines

“Braziliya favoritdir, ancaq qorxmuruq” –  Roberto Martines
DÇ-2018 5 İyul 2018 / 22:00 3229
-  A +

“Biz Braziliyanı favorit adlandırırıq. Ona görə yox ki, rəqibdən qorxuruq. Belçika heç vaxt dünya çempionu olmayıb. Braziliya isə bunu dəfələrlə bacarıb”.

Qol.az-ın məlumatına görə, bu özləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in 1/4 finalında sabah Braziliya ilə keçiriləcək oyun haqda danışarkən deyib.

İspaniyalı mütəxəssis FİFA-nın saytına açıqlamasında rəqibin güclü olduğunu, ancaq bundan çəkinmədiklərini bildirib: “Rəqibimizə hörmət edirik. Çünki inanılmaz heyətləri var. Amma bu o demək deyil ki, biz təslim olacağıq. Biz də qalib gəlmək istəyirik”.

Qeyd edək ki, sabah keçiriləcək – Braziliya – Belçika oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər