"Kolumbiya qarşılaşdığım ən mədəniyyətsiz komandadır”

"Kolumbiya qarşılaşdığım ən mədəniyyətsiz komandadır”
DÇ-2018 5 İyul 2018 / 19:08 5526
-  A +

“Kolumbiya indiyə kimi qarşılaşdığım ən mədəniyyətsiz komandadır. Onlar hakimə hörmət etmir, daim cərimə zərbəsi və sarı vərəqə tələb edirdilər”.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri İngiltərə millisinin müdafiəçisi Con Stounz deyib. DÇ-2018-in 1/8 final mərhələsində Kolumbiya ilə keçirdikləri oyundan (1:1) danışan gənc futbolçu mundialda qalib olmaq istədiklərini bildirib:

“Matç çox yorucu alındı. Uzun oyundan sonra çox yorulduq. Bu komandanın bir hissəsi olmaq, penaltilər seriyasında qələbə qazanmaq və tarix yazmaq möhtəşəm bir şeydir. Ancaq oyun vaxtı biz bu haqda düşünmürdük. Yalnız paltardəyişmə otağına qayıtdıqdan sonra bunu başa düşdük. Dünya çempionatını qazanmaq istəyirik. Öz oyunumuzu oynamalıyıq. Sonda isə necə alındığına baxacağıq. Kuboku qazansaq, bu, ölkəmiz, xalqımız və komandamız üçün böyük qürur olacaq”.

Stounz 1/4 final mərhələsində İsveçlə keçirəcəkləri oyuna da toxunub: “İndi İsveçlə oyuna köklənmişik. Bu oyunda da qələbə arzulayırıq. Niyə də olmasın?! İstəyirik ki, insanlar bizimlə fəxr etsinlər”.

Qeyd edək ki, 1/8 finalda Kolumbiyanı mübarizədən kənarlaşdıran İngiltərə növbəti mərhələdə İsveçlə qarşılaşacaq. İyulun 7-də keçiriləcək oyun Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı