Neymara torpaq sahəsi verilə bilər - het-trik etsə

Neymara torpaq sahəsi verilə bilər - het-trik etsə
DÇ-2018 5 İyul 2018 / 15:48 4360
-  A +

Braziliya millisinin hücumçusu Neymara Rusiyada torpaq sahəsi hədiyyə verilə bilər.

Qol.az-ın "TASS" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Kazanın meri İlsur Metşin  məlumat verib. O bildirib ki, Neymar DÇ-2018-in 1/4 finalında Belçikaya qarşı matçda het-trik edəcəyi təqdirdə, ona torpaq sahəsi hədiyyə edəcək sponsor tapacaqlar:

"Üç qol vursa, ona torpaq sahəsi verəcək sponsor tapacağıq. Hansısa bir rayonun ərazisində Neymarla qonşuluqda yaşasanız, necə bir maqnit olacağını təsəvvür edirsiniz? Mənzili olduğu Braziliyada istidir. Qollar vursa, sponsorlarla danışmaq olar".

Qeyd edək ki, Kazanda keçiriləcək Braziliya - Belçika görşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord