Ronaldo ilə bağlı qərar verilir

Ronaldo ilə bağlı qərar verilir
DÜNYA FUTBOLU 5 İyul 2018 / 14:19 7740
-  A +

"Real" futbolçusu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qərarını bir neçə gün ərzində verəcək.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşlə görüşəcək. Tərəflər oyunçunun gələcəyini müzakirə edəcək və yekun qərarı verəcəklər.

Ronaldonun "Real"ı tərk edərək "Yuventus"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, K.Ronaldonun artıq Turində ev axtardığı iddia olunur. İtaliya mətbuatı bu transfer üçün "Yuventus"un "Real"a təxminən 100 milyon avro təzminat ödəyəcəyini yazıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın