DÇ-2018-də hazırda ən çox oyunçusu olan klublar - siyahı

DÇ-2018-də hazırda ən çox oyunçusu olan klublar - siyahı
DÇ-2018 5 İyul 2018 / 13:16 4834
-  A +

DÇ-2018-də hazırda ən çox oyunçusu olan klubların siyahısı tərtib edilib.

Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, bu, "Mançester Siti"dir. İngiltərə klubunun DÇ-2018-ə göndərdiyi 16 futbolçudan 11-i mübarizəni davam etdirir. Vensan Kompani, Kevin de Brüyne (hər ikisi Belçika), Qabriel Jezus, Danilo, Fernandinyo, Ederson (hamısı Braziliya), Benjamin Mendi (Fransa), Kayl Uolker, Con Stounz, Rahem Sterlinq və Fabian Delfin  (hamısı İngiltərə) komandaları 1/4 finaldadırlar.  "Mançester Siti"nin mübarizəni dayandıran oyunçuları isə Nikolas Otamendi, Serxio Aquero (hər ikisi Argentina), İlkay Gündoğan (Almaniya), Bernardo Silva (Portuqaliya) və Davil Silvadır (İspaniya).

DÇ-2018-də ən çox oyunçuları qalan klublar aşağıda adları qeyd olunanlardır:

1. "Mançester Siti" - 11 oyunçu
2. "Tottenhem" - 9
3. "Mançester Yunayted - 8
4-6. PSJ - 7
4-6. "Barselona" - 7
4-6. "Çelsi" - 7
7. "Atletiko" - 6

8-11. "Real" - 5
8-11. "Liverpul" - 5
8.11. CSKA - 5
8-11. "Zenit" - 5
12-15.  "Yuventus" - 4
12-15. "Monako" - 4
12-15. "İnter" - 4
12-15. "Krasnodar" - 4

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi