Şmeyxel Neymarı kəskin tənqid etdi: "Onu futbolda görmək istəmirəm"

Şmeyxel Neymarı kəskin tənqid etdi:  "Onu futbolda görmək istəmirəm"
DÇ-2018 4 İyul 2018 / 12:10 5765
-  A +

Danimarkanın canlı əfsanəsi Peter Şmeyxel növbəti dəfə Braziliya millisinin üzvü Neymarı tənqid edib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran qapıçı Neymarın həddindən artıq simulyasıya etməsini biabırçılıq adlanıdırb:

"İlahi, Neymar Meksika ilə oyunun ən yaxşısı seçildi. FİFA buna bir əncam çəkməlidir. Mən Tvitterdə azarkeşlərin fikirlərini oxuyuram. Neymarın bu cür davranışı onların hamısını qıcıqlandırır. Son oyunda özünü elə aparırdı ki, sanki ölür. Baxanlara elə gəlirdi ki, tezliklə Neymarı dəfn edəcəklər və biz bir daha onu görməyəcəyik. Mən bunu ancaq biabırçılıq adlandırardım".




Şmeyxel Neymarın bu cür davranışının gənc futbolçulara pis nümunə olduğunu qeyd edib: "FİFA-nın diqqətinə çatdırmaq istəyirəm ki, biz futbolda belə şeylər görmək istəmirik. Videotəkrar sistemi bu məsələdə kömək edə bilər. FİFA prezidenti Canni İnfantino da Braziliya - Meksika oyununa stadiondan baxırdı. Ümid edirəm ki, Neymarın hərəkətlərinə fikir verdi.

Uşaqlar da futbola baxırlar. Onlar Neymardan pis nümunə götürəcəklər. Birinci dəfə xəbərdarlıq, sonra isə qırmızı vərəq verilməlidir. Onu yalnız bu şəkildə başa salmaq olar. Nə vaxt kameralar Neymara tuşlanırsa, diqqət çəkmək üçün hər şey edir. Mən bu oyunçunu futbolda görmək istəmirəm. Neymarın oyununa baxmaq mümkün deyil. Ancaq rəqiblərinin vərəqə alması üçün çalışır. Kriştiano Ronaldo da "Mançester Yunayted"də bu cür hərəkətlər edirdi. Lakin vaxtında başa düşdü ki, düzgün yolda deyil. Çünki onun Aleks Fergüsson kimi yaxşı baş məşqçisi var idi. Siz Harri Keyn və yaxud Lionel Messinin simuliyasiya etdiyini görmüsünüz? Mən görməmişəm".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı