“1/4 finalda məğlubiyyət İsveçi qane edə bilməz”

“1/4 finalda məğlubiyyət İsveçi qane edə bilməz”
DÇ-2018 4 İyul 2018 / 00:01 3056
-  A +

İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in 1/8 final mərhələsində İsveçrə üzərində qazanılan qələbədən (1:0) danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssis bildirib ki, komandası daha irəli getməyi planlaşdırır:

“Bu gün azarkeşlər inanılmaz idilər. Çox şadam ki, fanatların dəstəyinin qarşılığını verə bildik. Əla komandamız var. Təkcə meydanda deyil, ondan kənarda da vahid kollektivik. Artıq bu qələbəni unudub, növbəti matça hazırlaşmalıyıq.

Rəqiblərin bizi qiymətləndirib-qiymətləndirmədiyi barədə nəsə deyə bilmərəm. Mən bilirəm ki, komandam əladır. Bu yerə gəlib çatmaq üçün çox çalışmışıq. 1/4 finalda məğlubiyyət bizi qane edə bilməz. Hədəflərimiz böyükdür”.

Daha çox


Son xəbərlər