«İstədiyimiz oyunu göstərə bilmədik»

«İstədiyimiz oyunu göstərə bilmədik»
ÖLKƏ FUTBOLU 19 Noyabr 2008 / 23:14 4448
-  A +

Azərbaycan - Albaniya matçından sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib.Qol.Az saytının məlumatına görə, rəqibin baş məşqçisi Ari Haan qısa çıxış edərək bildirib ki, oyunun hansı ab-havada keçməsindən asılı olmayaraq, Berti Foqts onun dostu olaraq qalır.O söyləyib ki, onlar üçün on nəfərlə oynamaq çətin olub: «Amma bu, prinsipial matç deyildi». Komandasının ikinci hissədə meydana gec çıxması ilə bağlı məşqçi yalnız bunları deyib.«Futbolçulara söylədim ki, ikinci hissədə meydana çıxmaq lazımdır.».

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts komandasının birinci hissədəki oyunundan razı qaldığını söyləyib: «Hər iki yığmada gənclər çox idi. Yoldaşlıq görüşləri həm də ona görə keçirilir ki, gənclər özünü göstərə bilsin. Biz bugünkü qarşılaşmada istədiyimiz oyunu nümayiş etdirə bilmədik».

«Neftçi» klubundan kənarlaşdırılan futbolçuların yığmaya çağırılmasını nə dərəcədə doğru olmasıyla bağlı sualı cavablandıran Berti Foqts deyib: «Onlar yığmanın lider oyunçularıdırlar və istənilən klubda lider ola bilərlər. Bu futbolçular yığmaya lazımdırlar.».

«İnter»li Elvin Məmmədovla Cavid Hüseynovun öz klublarında ehtiyatda qala-qala hansı səbəblərə görə yığmaya dəvət edilməsiylə bağlı sualı isə Berti Foqts belə cavablandırıb: «Onların ehtiyatda qalmasını Xodukindən soruşun».

Daha çox


Son xəbərlər