“Qəbələ” Sloveniyada növbəti məşqinə çıxdı

“Qəbələ” Sloveniyada növbəti məşqinə çıxdı
XƏBƏR 25 İyun 2018 / 02:12 1523
-  A +

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” Sloveniya toplanışının 5-ci gününü başa vurub.

Komanda günü tək məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular əsasən bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Albaniyanın “Kukesi” klubu ilə dünən keçirilən yoxlama oyununda (1:1) meydana qarşılaşmanın sonlarında daxil olanlar isə fiziki hazırlığın ardından topla məşq edib.

Son xəbərlər