Cüneyt Çakır Nigeriya - Argentina oyununda

Cüneyt Çakır Nigeriya - Argentina oyununda
DÇ-2018 24 İyun 2018 / 21:06 4411
-  A +

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də növbəti təyinatını alıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, D qrupunun Nigeriya - Argentina görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Nigeriya - Argentina matçı iyunun 26-ı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, C. Çakır mundialda ilk olaraq Mərakeş - İran oyununun baş hakimi olub. FİFA referisi Rusiya – Misir matçında isə  4-cü hakim funksiyasını yerinə yetirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord