FİFA İsveçrənin 2 oyunçusuna ağır cəza verə bilər

FİFA İsveçrənin 2 oyunçusuna ağır cəza verə bilər
DÇ-2018 24 İyun 2018 / 16:03 5807
-  A +

FİFA İsveçrə millisinin iki futbolçusu – Qranit Caka və Cerdan Şakirini siyasi jestlərinə görə iki oyunluq cəzalandıra bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda BBC məlumat yayıb.

Hər iki futbolçu DÇ-2018-in Serbiya ilə matçında (2:1) Albaniyanın simvolu olan qartal jesti göstəriblər.

FİFA-nın intizam qaydası bu tipli hərəkətləri təxribat hesab edir və 5 min avrodan 2 matça kimi cəza nəzərdə tutur. Beynəlxalq futbol qurumu qərar verməzdən öncə şahidlər və eksertlərin rəyini öyrənəcək. Əgər həqiqətən də bu jest təxribat hesab olunsa, o halda cəza veriləcək.

Xatırladaq ki, artıq hər iki futbolçu barəsində intizam işi açılıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın