Meksikada qanlı olay – 10-dan çox azarkeş öldürüldü

Meksikada qanlı olay – 10-dan çox azarkeş öldürüldü
DÜNYA FUTBOLU 24 İyun 2018 / 10:25 5305
-  A +

Dünən Meksikanın Syudad-Xuares şəhərində qanlı hadisələr yaşanıb.

Qol.az-ın viportal.co saytına istinadən yaydığı xəbərə görə, hadisə azarkeşlərin milli komandalarının Koreya ilə matçını izləməyə hazırlaşdığı vaxt baş verib.

Silahlı hücumlar zamanı azı 14 nəfər həlak olub. Hadisələr eyni vaxtda iki fərqli yerdə baş verib. Azarkeşlərin kütləvi şəkildə matçı izlədiyi məkana girən cinayətkarın açdığı atəş nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb. Elə həmin vaxt gözəllik salonuna oyuna baxmağa toplaşan insanlar da güllələnib. Orada isə 5 nəfərin öldüyü bildirilir.

Bundan əvvəl isə gecə əyləncələrinin birində 3 nəfər güllələnərək öldürülüb. Hələlik cinayətkarları tutmaq mümkün olmayıb.

Qeyd edək ki, Syudad-Xuares dünyanın ən kriminal şəhərlərindən hesab olunur. Təkcə bu ay orada 116 qətl hadisəsi baş verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı