Fanatların zibil yığmasını təqdir etdi – “Biz yaponlar...”

Fanatların zibil yığmasını təqdir etdi – “Biz yaponlar...”
DÇ-2018 24 İyun 2018 / 09:43 4499
-  A +

Yaponiya millisinin müdafiəçisi Maya Yoşida komandasının azarkeşlərinin DÇ-2018-in Kolumbiya ilə matçından (2:1) sonra oturduğu tribunaları zibildən təmizləməsinə münasibət bildirib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib:

“Bizdə həqiqətən də qayda kimidir ki, yeyib-içdiyin yeri təmizləməlisən. Biz burda meydanda futbol oynayırıq, azarkeşlər bizi dəstəkləyir, eyni zamanda da hamımız Yaponiyanı təmsil edirik. Daha da vacibi bunu layiqincə etməliyik. Azarkeşlərimiz bunu hərəkətləri ilə sübut etdilər”.

“Bəs siz yapon futbolçular necə, paltardəyişmə otağından çıxarkən də oranı təmizləyirsinizmi” sualına İngiltərənin “Sauthempton” klubunda da oynayan Yosida belə cavab verib:

“Yalnız onu söyləyə bilərəm ki, bizdəki vəziyyət Premyer Liqa klublarının paltardəyişmə otağındakı durumdan daha səliqəlidir”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı