Löv oyunu trillerə bənzətdi

Löv oyunu trillerə bənzətdi
DÇ-2018 24 İyun 2018 / 08:57 3730
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in İsveçlə matçını (2:1) Amerikanın triller filmlərinə bənzədib.

Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında o bildirib ki, bu matçda xeyli emosiya olub:

“Həqiqətən də sanki Amerikanın triller filmlərini izlədik. Son 10 dəqiqədə bütün komanda olaraq risk etdik. Müdafiəçini çıxarıb yerinə hücumçu daxil etdik. Bizim əla şanslarımız oldu. Brandtın zərbəsi dirəyə dəydi, Qomesin baş zərbəsi...  Son dəqiqələr çox dramatik keçdi. Amma futbolda belə şeylər olur. Başqa turnirlərdə də bu cür oyunlarla rastlaşmışam. Pley-offda da belə görüşlər izləyə bilərik.  Azarkeşlər üçün bu, futbolun bir gözəlliyidir”.

“İkinci hissədə sonra komandanızın oyunu tamamilə dəyişdi. Siz fasilədə futbolçularınıza nə dediniz” sualına Löv belə cavab verib:

“Dedim ki, hirslənməyin, panikaya düşməyin, artıq hərəkətlər etməyin, hava ilə uzun ötürmələr verməyin, yerlə qısa ötürmələrlə oynayın. Bizim 45 dəqiqə vaxtımız və şansımız vardı və bundan da istifadə edə bildik”.

Xatırladaq ki, Almaniya gərgin keçən oyunda 2:1 hesabı ilə qalib gəlib. Onlar qələbə qolunu 90+5-ci dəqiqədə vurub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki