18-ci milli çempionata yekun vuruldu, Fərid Quliyev bombardir oldu

18-ci milli çempionata yekun vuruldu, Fərid Quliyev bombardir oldu
PREMYER LİQA 16 May 2010 / 19:03 4920
-  A +

Bu gün Unibank Premyer Liqasının cari mövsümünə - bir qədər də dəqiqləşdirsək, 18-ci milli çempionata yekun vuruldu. Qol.Az-ın məlumatına görə, son turun əsas diqqətçəkən qarşılaşmalarının dünən keçirilməsinə və bütün mükafatçıların, cari mövsümün qalibinin müəyyənləşməsinə baxmayaraq, hər halda Premyer Liqaya rəsmən bu günkü görüşlərlə yekunlaşdı. “İkinci altılıq” çərçivəsində baş tutan görüşlər arasında hələ ötən turlardan elitayla vidalaşması rəsmiləşən "Karvan" doğma meydanda "Turan"a yenildisə, "Standard" səfərdə "Simurq"u darmadağın etdi. Bu görüşdə het-trikə imza atan Fərid Quliyev isə qollarının sayını 16-ya çatdırmaqla başa çatan mövsümün bombardiri adını rəsmiləşdirdi.

Unibank Premyer Liqası
32-ci tur

"Karvan" - "Turan" 1:4

16 may 2010. Saat 17:15. Yevlax şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Teymur Fərhadov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Coşqun Həsənov
Dördüncü hakim: Zahid Həşimov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Ramin Məmmədov, 53
Qırmızı vərəqə: Hafiz Əliyev, 74
Qollar: Nicat Məmmədzadə, 64 // Nadir Nəbiyev, 2; 15; 57; Fərmayıl Əliyev, 76
Artırılan vaxt: I hissədə -  yoxdur, II hissədə - 2 dəqiqə

"Karvan": Amil Orucov, Asif Səfərov, Pərviz Musayev, Teyyub Hüseynov, Anar Məmmədov, Vüqar Cabbarov (Zamiq Salmanov, dəq.87), Süleyman Sadıqov, Mehman Abdullayev, Saməddin Abdullayev (Elnur Heydərov, dəq.80), Ramin Məmmədov (k), (Nicat Məmmədzadə dəq.58), Ruslan Hüseynov.
Məşqçi: Firdovsi Mehdiyev

"Turan": Kamal Bayramov, Hüseyn İsgəndərov, Ruslan Abbasov (Ruslan Namazov, dəq.46), Kamal Ələkbərov (Aqşin Sadıqov, dəq.64), Nadir Nəbiyev (k) (Tuqay Alhüseynli, dəq.61) Cavid Tağıyev, Xəyal Qarayev, Hafiz Əliyev, Asəf Qədiri, Qərib İbrahimov, Fərmayıl Əliyev.
Baş məşqçi: Nizami Sadıqov

"Olimpik-Şüvəlan" - "Muğan" 2:0

16 may 2010. Saat 17:15. "Şəfa" stadionu. 400 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Qəzənfər Məmmədov
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Viktor İqbekoi, 43 // Tural Axundov, 8; Novruz Məmmədov, 15
Qollar: Tərlan Xəlilov, 5; Davit Svanidze, 73 (öz qapısına)
Artırılan vaxt: I hissədə - 1 dəqiqə, II hissədə - 1 dəqiqə

"Olimpik-Şüvəlan": Elşən Poladov (Cahangir Həsənzadə, dəq.46), Sergey Sokolov, Usim Nduka, Aqil Nəbiyev (k), Anatoli Doroş (Nəriman Əzimov, dəq.72) Nuqzar Kvirtiya, Draqan Mandiç, Samir Abdulov (Junivan Suares, dəq.31), Tərlan Xəlilov, Mirko Bunyevçeviç, Viktor İbokoyi.
Baş məşqçi: Nazim Süleymanov

"Muğan": Amil Ağacanov, Tural Axundov, Novruz Məmmədov, Tagim Novruzov, Elnur Abdullayev (k), Vadim Kriçmar (Nuran Qurbanov, dəq.56), Kabba Samura (Fərrux İsmayılov, dəq.20), Davit Svanidze, Zaur Əsədov, Vüsal Hüseynov (Narsis Yameoqo, dəq.86), Miloş Zeçeviç.
Baş məşqçi: Almir Hurtiç


"Simurq" - "Standard" 0:4

16 may 2010. Saat 17:15. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 400 tamaşaçı
Baş hakim: Fuad Həsənov
Baş hakimin köməkçiləri: Habil Əliyev, Azad Ə. Hüseynov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Bəşir Əliyev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Yuri Bulıçev, 11; Rasim Ramaldanov, 39 // Sergi Orbeladze, 19; Arif İsayev, 37; Anar Nəzirov, 39
Qollar: Arif İsayev, 14; Fərid Quliyev, 18; 88; 90+2
Artırılan vaxt: I hissədə -  yoxdur, II hissədə - 2 dəqiqə

"Simurq": Səbuhi Əhmədov, Rasim Ramaldanov (Rüstəm Məmmədov, dəq.71), Ramil Sayadov, Ruslan Qunçak, Elşən Məmmədov (k), Tural Cəlilov, Kaxaber Çxetiani, David Bolkvadze (Camal Məmmədov, dəq.46), Yuri Bulıçev, Roman Axalkatsi (Ramin Nəsibov, dəq.46), Aleksandr Qolban.
Baş məşqçi: Roman Pokora

"Standard": Anar Nəzirov, Sergi Orbeladze, David Çiçveişvili, Arif İsayev (Georgi Seturidze, dəq.58), Amiran Muciri, Vüqar Quliyev (k), Natiq Əkbərov, Riçard Rikelme (Marius Vintila, dəq.78), Murad Ağakişiyev, Vladimir Mazyar (Huqo Maçado, dəq.55), Fərid Quliyev.
Baş məşqçi: Böyükağa Hacıyev

 

 

Turnir cədvəli

1-ci altılıq

1

“İnter”

20

7

8

5

22-19

29

2

“Bakı”

20

7

7

6

19-15

28

3

“Qarabağ”

20

6

9

5

16-18

27

4

“Xəzər Lənkəran"

20

6

9

5

19-14

27

5

“Neftçi”

20

4

11

5

11-12

23

6

“Qəbələ”

20

4

8

8

18-27

20

 

2-ci altılıq

 

1

Olimpik-Şüvəlan

20

10

6

4

27-15

36

2

Simurq

20

8

7

5

21-21

31

3

“Turan

20

7

8

5

27-22

29

4

“Muğan

20

7

6

7

17-16

27

5

Standard

20

7

4

9

26-23

25

6

Karvan

20

2

7

11

14-35

13

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord