"İngiltərə ilə oyunda heyətdə dəyişiklik edəcəyik" - Roberto Martines

"İngiltərə ilə oyunda heyətdə dəyişiklik edəcəyik" -  Roberto Martines
DÇ-2018 23 İyun 2018 / 20:30 2941
-  A +

“Bu gün yaxşı oyun göstərdik. Lakin Tunis millisinin xidmətini də qeyd etmək lazımdır. Onlar da qalib gəlmək istəyirdi. Güclü pressinq edirdilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in 2-ci turunda Tunisə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

O, 5:2 hesablı qələbəni beləş şərh edib: “Biz qələbəyə layiq idik. Buna görə də imkanlarımızdan yararlanıb, istəyimizə çatdıq. Hələ çatışmazlıqlarımız var. Məsələn, vurduğumuz 2-ci qoldan sonra topa o qədər də nəzarət edə bilmirdik. Buna baxmayaraq, yaxşı hücumlar edirik, futbolçular bir-birini başa düşür.

Martines Romelo Lukakunun dubluna da münasibət bildirib: “Lukaku nəyin bahasına olursa olsun maksimum çox qol vuracaq. Biz bu gün futbolçularımızın fərdi gücünü də gördük. Lukaku başa düşür ki, həm özü, həm də komanda üçün çalışmalıdır. O, bu gün özünə əmin idi və təmiz qollar vurdu”.

Martines pley-offa vəsiqə qazandıqları üçün qrupun 3-cü turunda İngiltərə ilə keçiriləcək oyunda heyətdə müəyyən dəyişikliklər edəcəyini bildirib: “Dünya çempionatında 23 futbolçumuzun hər birinin xidmətindən istifadə etmək istəyirik. Heyətdə kiçik dəyişiklik edəcəyik. Lukaku, Vitsel və Mertensi qorumalıyıq. Lukakunun əzələsində ağrılar var. Oyunu da buna görə tərk etdi”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı