Maksim "Qarabağ"ın rəqibindən danışdı

Maksim "Qarabağ"ın rəqibindən danışdı
ÖLKƏ FUTBOLU 23 İyun 2018 / 16:33 2958
-  A +

"İstəmədiyimiz bir rəqib düşdü, 5 potensial rəqibdən ən güclüsüylə qarşılaşacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə keçirəcəkləri oyun haqda fikirlərini bildirən futbolçu çətin rəqiblə qarşılaşacaqlarını söyləyib:

“İlk oyunumuz səfərdə olacaq, çalışmalıyıq ki, yaxşı nəticəylə qayıdaq. Maksimum diqqətli olmalıyıq, rəqib də öz meydanında qələbə qazanmağa çalışacaq. Avstriyada təlim-məşq toplanışımızı davam etdiririk. Hələ ki, əsasən fiziki göstəriciləri daha yaxşı vəziyyətə gətirmək üzərində çalışırıq. Növbəti günlərdə komandayla birlikdə rəqibi analiz etməyə başlayacağıq. Buna uyğun taktika seçib meydana çıxacağıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, cütün ilk oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22-00-da Sloveniyada keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Görüşün başlama vaxtı 21:00-dır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı