Hər oyundan əvvəl Neymara məsləhət verir

Hər oyundan əvvəl Neymara məsləhət verir
DÇ-2018 23 İyun 2018 / 15:57 3532
-  A +

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo tez-tez yığmanın aparıcı üzvü Neymarla ünsiyyətdə olur.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, veteran futbolçu millinin DÇ-2018-dəki hər oyunundan öncə düşərgəyə gedir və 26 yaşlı hücumçu ilə fərdi söhbət edir.

Ronaldo bu yolla Neymarı oyunlara kökləyir və ona özünə güvənməsi üçün köməklik göstərir. Onların tez-tez telefonda danışdığı da bildirilir. Bundan başqa, Ronaldonun yerli telekanal vasitəsilə də Neymara dəstək olduğu söylənilir.

Qeyd edək ki, PSJ-də zədələnən Neymar demək olar ki, mövsümün 2-ci hissəsində meydana çıxmamışdı. Ronaldo da “İnter”də oynayarkən oxşar hadisə ilə üzləşmiş və ağır zədədən sonra DÇ-2002-yə yollanmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı