"Brix ələ alınmışdı, FİFA onun işini araşdırmalıdır" - Matiç

"Brix ələ alınmışdı, FİFA onun işini araşdırmalıdır" - Matiç
DÇ-2018 23 İyun 2018 / 14:30 4126
-  A +

Serbiya millisinin yarımmüdafiəçisi Nemanya Matiç DÇ-2018-in qrup mərhələsinin 2-ci turunun Serbiya ilə oyununda baş hakim Feliks Brixin idarəçiliyindən narazı qalıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, almaniyalı referini qərəzli olmaqda ittiham edən futbolçu FİFA-dan onun işini araşdırmağı istəyib. Hətta Matiç Brixin oyunun gedişində onu meydandan qovmaqla hədələdiyini bildirib:

“Hakim ələ alınmışdı, bütün mübahisəli məqamlarda yalnız bir tərəfin lehinə qərar verirdi. Bir epizodda biz İsveçrənin qapısına penalti vurmalı idik, ancaq Brix təyin etmədi. Başa düşmürəm, niyə videotəkrar (VAR) sisteminə müraciət etmədi. Üstəlik, o, ilk hissədə bəzi serbiyalı futbolçulara sarı vərəqə göstərmədi. Mənə dedi ki, fürsət düşən kimi səni meydandan qovacam. Düşünürəm ki, FİFA Brixin biu oyundakı işini analiz edib, ona layiq olduğu qiyməti verməlidir”.

Qeyd edək ki, Serbiya İsveçrə ilə oyunda hesabı açsa da, sonradan 2 qol buraxaraq uduzub – 1:2.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı