Billiat "Qarabağ"ı yox, başqa klubu seçdi - rəsmi

Billiat "Qarabağ"ı yox, başqa klubu seçdi - rəsmi
DÜNYA FUTBOLU 23 İyun 2018 / 11:20 7453
-  A +

Adı “Qarabağ”ın da transfer siyahısında olan Zimbabve millisinin futbolçusu Xama Billiat karyerasını Avropada deyil, Cənubi Afrikada davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, 27 yaşlı hücumçu “Kayzer Çifs” klubu ilə iki illik müqavilə bağlayıb. Bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Billiatın Cənubi Afrika klubunu seçməsi gözlənilməz olub. Buna qədər onun karyerasını Avropada davam etdirəcəyi ehtimal edilirdi.

Xatırladaq ki, Billiat  2013-cü ildən Cənubi Afrika Respublikasının başqa klubu - "Mamelodi"də oynayırdı. "Kayzer Çifs" bu komandanın əsas rəqiblərindən sayılır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord