"Qarabağ"ın təklifindən imtina etdi - "Pul mənim üçün hər şey deyil"

"Qarabağ"ın təklifindən imtina etdi - "Pul mənim üçün hər şey deyil"
ÖLKƏ FUTBOLU 23 İyun 2018 / 10:00 5910
-  A +

“Peskara” klubunun qapıçısı Vinçenzo Fiorillo “Qarabağ”ın təklifini qəbul etməyib.

Qol.az-ın xəbərinə görə, bu barədə italiyalı qolikiper şəxsi “İnstagram” hesabında məlumat verib. Təklifə görə Ağdam klubuna təşəkkür edən Fiorillo pulun onun üçün hər şey olmadığını bildirib:

“Mənim yalnız bir, doğrusu isə 2 arzum var: A seriyasına qayıtmaq və orada bu forma ilə əvvəldən axıra kimi oynamaq. Bəlkə nə vaxtsa kapitan da olaram. Bütün gücü ilə məni inandırmağa çalışdığı üçün “Qarabağ”a təşəkkür edirəm. Ancaq düşünürəm ki, indiki məqamda pul mənim üçün hər şey demək deyil”.

Qey edək ki, “Qarabağ”ın “Peskara” ilə 1 illik müqaviləsi qalan Forilloya görə 600 min avro təzminat ödəyəcəyi və 28 yaşlı qapıçının Ağdam klubu ilə 2 illik sözləşmə imzalayacağı bildirilmişdi.

Xatırladaq ki, "Daily Express" nəşri isə "Qarabağ"ın şotlandiyalı qapıçı Con Makloflinlə danışıq apardığını yazıb. İddia olunur ki, Ağdam klubu Şotlandiya millisinin sabiq üzvünə 2 illik müqavilə təklif edib.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki