Neymar niyə ağlayıb?

Neymar niyə ağlayıb?
DÇ-2018 23 İyun 2018 / 09:33 4540
-  A +

Braziliya millisinin hücumçusu Neymar dünən Kosta-Rika ilə matçdan (2:0) sonra ağlamasının səbəbini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, o, özünün İnstagramdakı rəsmi səhifəsində yazıb:

“Mənim dünya çempionatında olmaq üçün nələrdən keçdiyimi hamı bilmir. Bu, qələbəyə doğru ortaya qoyulan iradadən doğan sevinc göz yaşları idi. Həyat mənim üçün asan olmayıb, bundan sonra da olmayacaq. Arzular, daha doğrusu, hədəf dəyişməz olaraq qalır!”

Xatırladaq ki, Neymar Kosta-Rika ilə görüşdə komandasının ikinci qolunun müəllifi olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı