DÇ-2018-də qalmaqal

DÇ-2018-də qalmaqal
DÇ-2018 23 İyun 2018 / 08:54 7747
-  A +

İsveçrə millisinin futbolçusu Xerdan Şakiri siyasi qalmaqala səbəb olan addım atıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun dünən DÇ-2O18-in Serbiya ilə matçına geyindiyi butsun üzərində Kosovonun bayrağı əks olunub.

Şakiri əslən Kosovodandır. Oranın müstəqiliyini isə Serbiya qanunsuz hesab edir.

Serbiya ilə görüşün (2:1) 90-cı dəqiqəsində İsveçrənin qələbə qolunu məhz Şakiri vurub.

Matçdan sonra Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç bildirib ki, oyundan əvvəl Şakirinin belə bir butsla meydana çıxmasının qarşısını almaq üçün FİFA-ya müraciət ediblər: “Amma onlar bizə bildirdilər ki, burda siyasi heç nə yoxdur”.

Baş katib onu da deyib ki, matçın hakimliyi ilə bağlı FİFA-ya şikayət edəcəklər.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı