Salah Çeçenistanın fəxri vətəndaşı oldu - Şəkillər

Salah Çeçenistanın fəxri vətəndaşı oldu -   Şəkillər
XƏBƏR 23 İyun 2018 / 02:45 4545
-  A +

Misir milli komandasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı olub.

Qol.az xəbər verir ki, bu haqda sosial şəbəkədə regionun başçısı Ramzan Kadırov məlumat yayıb.

“Məhəmməd Salah Çeçenistan Respublikasının fəxri vətəndaşıdır! Məhz belədir! Mən bu gecə Misir millisinin üzvü və “Liverpul”un böyük futbolçusu ilə bağlı sərəncam imzaladım.

Misir millisinin şərəfinə verilən rəsmi ziyafətdə mən Məhəmməd Salaha sərəncamın surətini və döş nişanı təqdim etdim. O, buna layiqdir.

Minlərlə uşaq, gənc və böyüklər dünyanın ən yaxşı oyunçularından birini görmək, onunla ünsiyyətdə olmaq imkanı qazandı” - deyə, Kadırov sosial şəbəkədə yazıb.

 






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı