Nigeriyalı hücumçu Rusiya futbolunun tarixinə düşdü

Nigeriyalı hücumçu Rusiya futbolunun tarixinə düşdü
XƏBƏR 23 İyun 2018 / 01:17 3925
-  A +

Dünya çempionatındakı ikinci oyununda Nigeriya yığması İslandiyanı 2:0 hesabı ilə məğlub edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dubl etməklə komandasının qələbəsində böyük pay sahibi olan Ahmed Musa Rusiya Premyer Liqasının tarixinə düşüb.

Belə ki, o, Rusiya Premyer Liqasında çıxış edən və dünya çempionatında dubl edən ilk futbolçudur.

Qeyd edək ki, Musa müqavilə ilə “Lester”ə məxsus olsa da, son mövsümün ikinci yarısını Moskva MOİK-ində keçirib.

Daha çox


Son xəbərlər