"Qarabağ" iki qapıçı ilə danışıq aparır - Yenilənib

"Qarabağ" iki qapıçı ilə danışıq aparır -<b style="color:red"> Yenilənib</b>
GÜNDƏM 22 İyun 2018 / 11:57 7592
-  A +

"Qarabağ" İtaliyanın "Peskara" klubunun futbolçusu Vinçenzo Fiorillonu transfer etmək üzrədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılığın əldə olunduğu iddia edilib. Ağdam təmsilçisinin bir neçə günə 28 yaşlı italiyalı qolkiperlə 2 illik müqavilə imzalayacağı yazılıb.

Bu transfer üçün "Qarabağ"ın 600 min avro təzminat ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, V.Fiorillonun "Peskara" ilə daha bir illik müqaviləsi mövcuddur.


 ***

"Daily Express" nəşri isə "Qarabağ"ın şotlandiyalı qapıçı Con Makloflinlə danışıq apardığını yazıb. İddia olunur ki, Ağdam klubu Şotlandiya millisinin sabiq üzvünə 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, son olaraq Şotlandiyanın "Harts" klubunda çıxış edən 31 yaşlı qolkiper hazırda azad agent statusu daşıyır.

 

Daha çox


Son xəbərlər
17.09.18  23:06

"Trabzonspor" uduzdu