“Bilirdik ki, pressinqimiz Argentinanın müdafiəsini dağıda bilər” – Zlatko Daliç

“Bilirdik ki, pressinqimiz Argentinanın müdafiəsini dağıda bilər” –  Zlatko Daliç
DÇ-2018 22 İyun 2018 / 02:28 4135
-  A +

“Dünya çempionatının ilk günündən futbolçularıma inanıram. Düşünmürdüm ki, 2-ci oyundan sonra pley-offa çıxacağıq. Tapşırığın öhdəsindən əla gəldik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Argentinaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis onları 1/8 finala yüksəldən qələbəni belə şərh edib: “Oyunun ilk 30 dəqiqəsində kompakt müdafiə olunduq. Bizim çox yaxşı müdafiə bllokumuz var. Fasilədə futbolçulara bildirdim ki, tədricən təzyiqi artırmaq lazımdır. Bilirdik ki, Argentinanın 3-lü müdafiə xətti bizim pressinqimiz nəticəsində dağıla bilər. İstədiyimiz planı həyata keçirdik.

Biz çox yaxşı iş gördük. Argentina – dünyanın ən güclü futbolçuları ilə oyunda çox gözəl oyun göstərdik. Ümid edirəm ki, futbolçularım lovğalıq etməyəcək və hər biri qarşıdakı oyuna çempionatın ilk matçı kimi baxacaq".

Z. Daliç 3-cü turda İslandiya ilə keçiriləcək oyunda bir neçə futbolçuya istirahət verəcəyini də əlavə edib.

 

Daha çox


Son xəbərlər