“Qəbələ”nin futbolçusu İlqar Qurbanov “qırmızı-qaralar”ın hazırlıq prosesi barədə fikirlərini klubun saytına açıqlayıb.
Qol.az-ın xəbərinə görə, təcrübəli müdafiəçi Sloveniyada təşkil olunan təlim-məşq toplanışının ilk gününü də dəyərləndirib:
“Sloveniyada hazırlığın ilk gününü arxada qoyduq. Çox maraqlı, yüksək səviyyədə məşqlər keçirik. Milli komandanın düşərgəsindən qayıtdığım üçün hazırlığın ilk mərhələsində iki gün iştirak etdim. UEFA Avropa Liqasında iyulun 12-də keçirəcəyimiz ilk oyuna az vaxt qalib. Buna görə daha səmərəli çalışıb, oyun formamızı tam yığmalıyıq. Yeni baş məşqçi və yeni heyətlə uğurlu olmasını istəyirəm”.
Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki ilk rəqib olan Lüksemburq “Proqres”i barədə də fikirlərini açıqlayıb: “UEFA turnirlərində zəif rəqib olmur. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz. Həmişə rəqib komandanı özündən üstün saymalısan. Toplanış prosesində yaxşı məşq edib, məsuliyyətli, ciddi hazırlaşmaq vacibdir. İlk görüşün evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdur. Əsas odur ki, yaxşı formada olasan”.
Azərbaycan kubokunun finalından sonra milli komandanın düşərgəsinə yollanan və bu səbəbdən yeni mövsümün hazırlıqlarına gec qoşulan futbolçu öz forması haqqında da danışıb: “Mövsüm bitəndən sonra milli komandaya qatıldığım üçün məşqlərimə yalnız 6-7 gün fasilə verdim. Belə qısa müddətdə forma çox itirilmir. Ona görə də formanı tez bərpa edəcəyimə inanıram. Qarşıda yoxlama oyunları olacaq. Məşqləri yaxşı şəkildə gerçəkləşdirib, bu matçlara ciddi yanaşıb, “Proqres”lə ilk matça hazır olmalıyıq. İlk oyunlar həmişə çətin alınır. Ötən mövsüm “Yagelloniya” ilə ilk matç da bunu göstərmişdi. Ciddi hazırlaşıb, rəqib haqda çox düşünməməliyik. Daha çox özümüz barədə fikirləşməliyik. Çünki özün güclü olmalısan, yoxsa heç bir rəqibi üstələyə bilməzsən”.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək