Azərbaycan I Divizionunun qalibi olan "Xəzər" klubunun prezidenti, "GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb.
Virtualaz.org-un məlumatına görə, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlı tapıb yaxalayıblar.
Zeynalovun ötən ilin aprelində "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı. Məlumatlara görə Zeynalov pulları online valyuta birjası "Forex”-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib. Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və "tədbir görülməsini” istəyib. İndi isə məlum olur ki, idarə bu irimiqyaslı maxinasiyaya yol vermiş bankirin özünü saxlayıb.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək