"Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal

"Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal
ÖLKƏ FUTBOLU 21 İyun 2018 / 14:46 7030
-  A +

"Neftçi"nin legionerləri Mayk Kampaz və Lukas Qomez klubun bazasına buraxılmayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Kampaz şəxsi "İnstagram" hesabında məlumat verib. O yazıb ki, bu gün komandanın məşqində iştirak etmək istəsələr də, klubun mühafizə xidmətinin əməkdaşları onların bazaya girişinə mane olublar:

"Komanda yoldaşlarımızla məşq etmək üçün Lukasla bazaya getdik. Ancaq "Neftçi" klubunun mühafizəçiləri rəhbərliyin göstərişi ilə içəri keçməyimizə icazə vermədi. Bizə komanda ilə məşq edə bilməyəcəyimizi əvvəlcədən heç kim deməyib. Biz peşəkar futbolçu kimi öz haqlarımızı qorumaq və dekabra kimi olan müqaviləmizin şərtlərinə əməl edilməsini istəyirik".

Qeyd edək ki, "Neftçi" rəhbərliyi hər iki futbolçuya 3 aylıq maaşlarını təzminat kimi verərək onlarla müqaviləni pozmaq istəsə də, futbolçular bununla razılaşmayıblar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı