Şehiç "Ərzurumspor"a yox, başqa kluba keçir - iddia

Şehiç "Ərzurumspor"a yox, başqa kluba keçir - iddia
XƏBƏR 21 İyun 2018 / 13:15 5871
-  A +

Mövsümün sonunda "Qarabağ"dan ayrılan və "Ərzurumspor"la anlaşdığı iddia olunan İbrahim Şehiçin adı indi də başqa klubla hallanır.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, bosniya və herseqovinalı qolkiperin "Ərzurumspor" kimi Türkiyə Superliqasına yenicə vəsiqə qazanmış "Çaykur Rizespor"la razılığa gəldiyi söylənilir. Təcrübəli qapıçının yaxın günlərdə Qara dəniz təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, daha öncə Şehiçin illik 550 min avro qarşılığında "Ərzurumspor"la anlaşması barədə xəbərlər yayılmışdı.


Son xəbərlər