İranlı qadınların stadiona girişinə icazə verildi - 39 il sonra

İranlı qadınların stadiona girişinə icazə verildi  - 39 il sonra
DÇ-2018 21 İyun 2018 / 13:01 4578
-  A +

İranda qadınların kişilərlə bərabər stadionda futbol izləməsinə 39 ildən sonra icazə verilib.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu , Tehranda, yerli stadionlardan birində DÇ-2018-in qrup mərhələsinin ikinci turunun İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Görüşü izləmək üçün qadınlar həmin stadiona gediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribunalar qadınların üzünə açılıb.

Beləliklə, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı