"Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil" - Maksimov

"Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil" - Maksimov
GÜNDƏM 21 İyun 2018 / 11:30 3128
-  A +

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov püşkatmanın nəticəsinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları "Baltsan" klubunun zəif rəqib olmadığını bildirib:

"Müasir futbolda artıq zəif komanda anlayışı yoxdur. Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Rəqibi yaxşı analiz etməliyik və ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir".

Qeyd edək ki,  Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın