Suares 100-cü oyununda rekord qırdı

Suares 100-cü oyununda rekord qırdı
DÇ-2018 20 İyun 2018 / 21:43 4425
-  A +

Uruqvay millisinin hücumusu Luis Suares üçün DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı matç (1:0) əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu görüşlə yığmadakı 100-cü oyununa çıxıb. Komandasının qələbə qolunun müəllifi olan 31 yaşlı hücumçu bununla da üç dünya çempionatında qol vuran ilk uruqvaylı oyunçu olub.

Qeyd edək ki, L.Suares Uruqvay millisinin tarixinin DÇ-dəki bombardirləri siyahısında Dieqo Forlana çatıb. 6 qolu olan L.Suares təkcə Oskar Miqesdən (8 qol) geri qalır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı